...

Egemen Bağış: Türkiyə Avropa İttifaqına daxil olmağa yaxındır

Siyasət Materials 9 May 2013 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir A. Tağıyeva/

Bu gün Türkiyə Avropa İttifaqının (Aİ) bərabarhüquqlu üzvü olmasına heç vaxt olmadığı qədər çox yaxındır. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Aİ işləri üzrə naziri Egemen Bağış deyib.

"Türkiyə 11 il ərzində Aİ-yə üzv olmaq üçün qətiyyətlə can atır. Hazırda biz buna çox yaxınıq", - Bağış bildirib.

Nazirin sözlərinə görə, bu gün Türkiyə Aİ-nin üzv ölkələrindən iqtisadi, siyasi və ya ictimai-hüquqi baxımdan geridə qalmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti