...

Abdullah Gül: Reyhanlıdakı terror aktı Türkiyədə vəziyyəti gərginləşdirmək cəhdidir

Siyasət Materials 16 May 2013 16:19 (UTC +04:00)
Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktı ölkədə vəziyyəti gərginləşdirmək, həmçinin Türkiyə vətəndaşları və suriyalı qaçqınlar arasında ədavət yaratmaq cəhdidir.
Abdullah Gül: Reyhanlıdakı terror aktı Türkiyədə vəziyyəti gərginləşdirmək cəhdidir

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktı ölkədə vəziyyəti gərginləşdirmək, həmçinin Türkiyə vətəndaşları və suriyalı qaçqınlar arasında ədavət yaratmaq cəhdidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, Reyhanlıda törədilmiş terror aktında günahı olanlar, cinayətkarlar məhkəmə qarşısına çıxacaq və cəzalarını alacaqlar.

Prezident Reyhanlı sakinlərini təxribata uymamağa, həmçinin Türkiyədə sığınacaq tapan suriyalı qaçqınlara qarşı bundan sonra da tolerant yanaşmağa çağırıb.

Qeyd edək ki, Türkiyə Prezidenti terror aktından sonra Reyhanlıdakı vəziyyətlə tanış olmaq üçün bu gün şəhərə gəlib.

Reyhanlıdakı terror aktına dair iş üzrə saxlanılanların sayı 13 nəfərə çatıb. Onlardan dördü həbs edilib və məhkəməyə verilib, digərlərinə qarşı isə istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti