...

Polad Bülbüloğlu: Rusiyanın Qəbələ RLS və Bakı-Novorossiysk boru kəmərindən imtinası münasibətlərə heç cür təsir etməyəcək

Siyasət Materials 30 May 2013 16:30 (UTC +04:00)
Rusiyanın Qəbələ RLS və Bakı-Novorossiysk boru kəmərindən imtina etməsi iki ölkənin münasibətlərinə heç cür təsir etməyəcək.
Polad Bülbüloğlu: Rusiyanın Qəbələ RLS və Bakı-Novorossiysk boru kəmərindən imtinası münasibətlərə heç cür təsir etməyəcək

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva/

Rusiyanın Qəbələ RLS və Bakı-Novorossiysk boru kəmərindən imtina etməsi iki ölkənin münasibətlərinə heç cür təsir etməyəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib: "İki ölkə arasında münasibətlər sabit olaraq inkişaf edir. Rusiyanın Qəbələ RLS və Bakı-Novorossiysk boru kəmərindən imtinası iki ölkənin münasibətlərinə heç cür təsir göstərməyəcək. Rusiyanın Bakı-Novorossiysk neft kəmərindən imtina etməsi məsələsi ikitərəfli əlaqələrin iqtisadi aspektidir".

Bülbüloğlu, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan ziyalılarının görüşü hazırda planlaşdırılımır. Onun sözlərinə görə, Azərbaycan həmişə bu görüşü keçirməyə hazır olduğunu bildirib, lakin digər tərəf həmişə imtina edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti