...

Ərdoğan "Türk baharı”ndan danışdı

Siyasət Materials 3 İyun 2013 13:59 (UTC +04:00)
Türkiyədə sabitliyin pozulmasında maraqlı qüvvələr var və Türkiyədə “Türk baharı” olmayacaq.
Ərdoğan "Türk baharı”ndan danışdı

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə sabitliyin pozulmasında maraqlı qüvvələr var və Türkiyədə "Türk baharı" olmayacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Taksimdəki hadisələrin arxasında həmçinin Cümhuriyyət Xalq Partiyası da dayanır: "Demokratik yolla hakimiyyətə gələ bilməyən müxalifət qüvvələri ölkədə sabitliyi pozmaq yolu ilə hakimiyyətə gəlmək istəyirlər".

Daha əvvəl Ərdoğan bildirib ki, İstanbulda baş verənlər ideoloji xarakter daşıyır və müxalifət İstanbulda öz təsirini gücləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti