...

Roland Kobia Azərbaycanın müxalifət partiyasının sədri ilə görüşüb

Siyasət Materials 4 İyun 2013 15:24 (UTC +04:00)
Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia arasında görüş keçirilib.
Roland Kobia Azərbaycanın müxalifət partiyasının sədri ilə görüşüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia arasında görüş keçirilib.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə əsas diqqət Azərbaycan-Aİ münasibətlərinin mövcud durumu və perspektivi, qarşılıqlı əməkdaşlıq imkanları və Azərbaycanın Avropa məkanına inteqrasiyasına təkan verən proqramlara yönəlib.

Roland Kobia və Əli Əliyev səmimi şəraitdə keçən görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair fikir mübadiləsi də aparıblar.

Görüşdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri Toralf Pilts və VİP Məclisinin beynəlxalq əlaqələr komissiyasının sədri Fərhad Məhərrəmov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti