...

Bakıda “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” konfransı keçirilir

Siyasət Materials 7 İyun 2013 10:49 (UTC +04:00)
Bakıda Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” mövzusunda konfrans keçirilir.
Bakıda “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” konfransı keçirilir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, bu, Avropa Siyasi Mərkəzi ilə birgə təşkil olunan ilk tədbir deyil. Onun sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda fəallaşmağa başlayıb.

Konfransın açılışındakı giriş nitqində Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martens Avropada maliyyə böhranına toxunaraq qeyd edib ki, 2 ildən sonra orada iqtisadyyatda artım müşahidə olunmağa başlayıb. Martens Azərbaycandakı inkişafla da bağlı fikirlərini açıqlayıb:
"Buradakı inkişaf çox möhtəşəmdir. 15 il bundan əvvəl burada heç nə yox idi. Lakin bu gün biz buradakı inkişafın şahidi oluruq."

Tədbirdə "Cənubi Qafqazı Aİ-yə yaxınlaşdırmaq: uğurlar və çağırışlar" mövzusunda olacaq panelin məruzəçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Şərq Tərəfdaşlığı üzrə fövqəladə və səlahiyyətli səfir Vaidatos Verba (Litva), Qafqaz Tədqiqat Resurs Mərkəzinin ölkə üzrə direktoru Gürsel Əliyev və "Beynəlxalq Qafqaz" jurnalının baş redaktoru Zaur Şiriyev olacaq.

"Dağlıq Qarabağ münaqişəsi: Aİ-yə çağırış" mövzusunda olan paneldə isə Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru, səfir Metyu Brayza (Tallin, Estoniya), Latviya Xarici Işlər Nazirliyinin Parlament katibi Viktors Makarovs, Avropa Siyasi Mərkəzinin siyasət üzrə eksperti Amanda Paul, SAM-ın direktor müavini Gülşən Paşayeva məruzələrlə çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti