...

Roland Kobia: Azərbaycanla Ermənistan arasında düşmənçilik meylləri artsa, fəsadlar çox ola bilər

Siyasət Materials 7 İyun 2013 11:28 (UTC +04:00)
Avropa İttifaqının əldə etdiyi ən böyük uğur sülhdür. Avropanın tarixində bu qədər uzun müddət davam edən sülh heç vaxt olmamışdı. Biz buna nail olmuşuq və bunu Cənubi Qafqaza, Azərbaycana gətirmək istərdik.
Roland Kobia: Azərbaycanla Ermənistan arasında düşmənçilik meylləri artsa, fəsadlar çox ola bilər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Avropa İttifaqının əldə etdiyi ən böyük uğur sülhdür. Avropanın tarixində bu qədər uzun müddət davam edən sülh heç vaxt olmamışdı. Biz buna nail olmuşuq və bunu Cənubi Qafqaza, Azərbaycana gətirmək istərdik.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda konfransda bildirib.
Konfransın "Cənubi Qafqazı Aİ-yə yaxınlaşdırmaq: uğurlar və çağırışlar" mövzusunda keçirilən panelində çıxış edən Roland Kobia Cənubi Qafqaz bölgəsinə sülh gətirmək istədiklərini qeyd edib.
Kobia qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqı ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə səylərini dəstəkləyir. Lakin prosesə birbaşa qoşulmadığından Aİ çox şey edə bilmir:
"Biz bundan da artıq işlər görə bilərdik. Azərbaycanda olduğum 4 il ərzində məndən soruşurdular ki, Avropa İttifaqı niyə bu prosesdə iştirak etmir? Lakin əgər dəvət edilməmişiksə, bunu etmək çox çətindir. Bizim Minsk qrupunda Aİ-nin Fransa kimi üzvü var. Üstəlik, bizim Cənubi Qafqaz üzrə xüsusi təmsilçimiz də var. Biz Minsk qrupunun fəaliyyətini dəstəkləyirik ki, onlar bu problemi həll etsinlər. Biz isə dəvət edilməmidiyimiz üçün bunu edə bilmirik."
Onun sözlərinə görə, münaqişənin həlli üçün tərəflər arasında etibar artmalıdır:
"Biz Azərbaycanla Ermənistan arasında etibarın qurulmasına, onun pisləşməməsinə çalışırıq. Çünki əgər düşmənçilik meylləri artsa, fəsadlar çox ola bilər."
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri əlavə edib ki, "əsas məsələ tərəflərin siyasi iradəsidir. Bu yoxdursa, vasitəçiləri heç nə edə bilməzlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti