...

Roland Kobia: Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif interpretasiyalar da edilə bilər

Siyasət Materials 7 İyun 2013 12:23 (UTC +04:00)
Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan müzakirələr daha açıq və şəaffaf şəkildə aparılmalıdır. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Bakıda Strateji Araşdırmalar Mərkəzinin və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” mövzusunda konfransda bildirib.
Roland Kobia: Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif interpretasiyalar da edilə bilər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan müzakirələr daha açıq və şəaffaf şəkildə aparılmalıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda konfransda bildirib.

Kobia qeyd edib ki, Aİ ərazi bütövlüyü prinsipini dəstəkləyir. Lakin onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Minsk qrupu məşğuldur və əgər danışıqlar aparılırsa, onda digər prinsiplər də nəzərə alınmalıdır.

Bununla yanaşı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri hesab edir ki, münaqişənin həllində müxtəlif interpretasiyalar da edilə bilər:
"Azərbaycan ümid edir ki, bu problemi həll edəcək. Azərbaycan əraziləri işğal edilib. BMT-nin qətnamələri həyata keçirilməlidir. Münaqişənin həlli üçün Minsk qrupu hazırda yeganə formatdır. Başqa bir format yoxdur. Müxtəlif interpertasiyalar ola bilər.

Azərbaycanda bəzi insanlar düşünürlər ki, bu kifayət deyil. İndi mövcud olan budur. Əgər başqa format olsa, qrupa başqa partnyorlar dəvət edilsə, bunu da biz nəzərdən keçirə bilərik. Hazırda mövcud olanları dəstəkləməyə çalışırıq".

Kobianın fikrincə, problemin həlli istiqamətində aparılan müzakirələr daha açıq və şəffaf şəkildə aparılmalıdır:

"Əlbəttə, formatla bağlı Azərbaycan və Ermənistan qərar verir. Lakin mövcud formatın saxlanıldığı təqdirdə belə o, effektiv edilə bilər, vasitəçilik dəyişdirilə bilər, tərəflər öz siyasi iradələrini fərqli şəkildə ifadə edə bilərlər. Ona görə də prosesin şəffaf olmasında fayda var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti