...

Belarus Nümayəndələr Palatası hüquq-mühafizə sahəsində Azərbaycan ilə sazişlər paketini ratifikasiya edib

Siyasət Materials 19 İyun 2013 20:27 (UTC +04:00)
Belarus Milli Yığıncağının Nümayəndələr Palatası hüquq-mühafizə sahəsində Azərbaycan ilə sazişlər paketini ratifikasiya edib. Bu barədə Trend çərşənbə günü "Belta" agentliyinə istinadən məlumat verir.
Belarus Nümayəndələr Palatası hüquq-mühafizə sahəsində Azərbaycan ilə sazişlər paketini ratifikasiya edib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Belarus Milli Yığıncağının Nümayəndələr Palatası hüquq-mühafizə sahəsində Azərbaycan ilə sazişlər paketini ratifikasiya edib. Bu barədə Trend çərşənbə günü "Belta" agentliyinə istinadən məlumat verir.

Sənədlər paketinə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı fəaliyyət, mədəni sərvətlərin oğurlanması ilə mübarizədə və onların geri qaytarılmasında əməkdaşlıq, odlu silah, hərbi sursat, partlayıcı maddə və qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında hökumətlərarası saziş daxildir. Bütün bunlar 2012-ci il avqustun 28-də imzalanıb.

Sənədlər, o cümlədən operativ, kriminal, statistik və digər məlumatların mübadiləsini nəzərdə turur. Birinci saziş üzrə, xüsusən operativ-axtarış tədbirlərinin keçirilməsi haqqında sorğular yerinə yetirilə bilər. Mədəni sərvətlərin oğurlanması ilə mübarizəyə gəlincə, bu məsələ, həmçinin mədəni sərvətlərin oğurlanmasında iştirakı barədə dəlillər olduğu təqdirdə, müəyyən fiziki şəxslərə qarşı "müvafiq tədbirlər"in (milli qanunvericiliyə uyğun olaraq) görülməsini nəzərdə tutur.

Belarus müdafiə nazirinin müavini Nikolay Melçenko bildirib ki, bu sənədlər Gömrük İttifaqının hüquq-müqavilə bazası ilə sıx bağlıdır. Bu, mədəni sərvətlər üzrə sazişə aiddir. Bununla belə, Melçenko əmin edib ki, saziş Gömrük İttifaqının maraqlarına xələl gətirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti