...

Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək

Siyasət Materials 22 İyun 2013 11:23 (UTC +04:00)
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 20 illik yubileyini qeyd etmək üçün bu il avqust ayının 15-16-da Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək.
Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 20 illik yubileyini qeyd etmək üçün bu il avqust ayının 15-16-da Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək.

Bu barədə Trend-ə açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib.

Onun sözlərinə görə, zirvə toplantısı Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının təşəbbüsü ilə keçiriləcək. Zirvə toplantısı çərçivəsində bayram şənlikləri təşkil ediləcək.

Baş katib qeyd edib ki, TÜRKSOY-un yubileyini qeyd etmək məqsədilə Türk Dövlətləri Günü - oktyabrın 3-də Ankarada da bayram tədbirləri təşkil ediləcək.

Bundan əlavə, yubiley tədbirləri çərçivəsində TÜRKSOY-un xətti ilə sentyabrın 17-də Fransada UNESCO mərkəzində Azərbaycanın dahi bəstəkarın Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyi qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti