...

Qırğızıstan ABŞ-la "Manas" üzrə imzalanmış sazişi ləğv edib

Siyasət Materials 26 İyun 2013 21:07 (UTC +04:00)
Qırğızıstan Prezidenti "Manas" Tranzit daşımaları mərkəzi üzrə ABŞ ilə imzalanmış sazişin ləğv edilməsi barədə qanunu təsdiq edib.
Qırğızıstan ABŞ-la "Manas" üzrə imzalanmış sazişi ləğv edib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Qırğızıstan Prezidenti Almazbek Atambayev "Manas" Tranzit daşımaları mərkəzi üzrə ABŞ ilə imzalanmış sazişin ləğv edilməsi barədə qanunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə KirTAQ agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

Qırğızıstanın Joqorku Keneşi (parlament) adıçəkilən qanunu iyunun 20-də qəbul edib.

Qanun 2014-cü il iyulun 11-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti