...

Siyavuş Novruzov Söyün Sadıqovu bazar adamı adlandırdı

Siyasət Materials 28 İyun 2013 15:39 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azerros"un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovu bazar adamı adlandırıb.
Siyavuş Novruzov Söyün Sadıqovu bazar adamı adlandırdı

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azerros"un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovu bazar adamı adlandırıb.

Trend-in məlumatına görə, Novruzov jurnalistlərə açıqlamasında deyib ki, Söyün Sadıqov sırf bazar adamıdır, sadəcə bazar, kababçılıq və sair belə işlərlə məşğul olan adamdır: "Ümumiyyətlə, Söyün Sadıqovun Azərbaycanda seçkilərlə bağlı şərhləri çox savadsız üslubdadır".

Novruzov bildirib ki, Sadıqovun əsas marağı aranı qarışdırmaqdır: "Özü hərdən bir gedir Gürcüstana, orada da aranı qarışdırmaq istəyir və sair. O, bir sözlə, Rusiya hakimiyyətinə yarınmaq istəyir ki, öz biznes şəbəkəsini genişləndirsin, biznesinin toxunulmazlığı üçün hansısa bir dəstək əldə etsin".

Novruzov onu da əlavə edib ki, Sadıqov Azərbaycan vətəndaşı deyil və Azərbaycanda bir dəfə də olmayıb: "O, Azərbaycan haqqında nə düşünə bilər və nə danışa bilər? Bu baxımdan da onun ətrafında olan 5-6 bazar adamının arasında hörməti ola bilər. O, nə Azərbaycanda, nə də Gürcüstanda hansısa bir hörmətə layiq olan adam deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti