...

Azərbaycan Parlamenti 57 yeni hakim təyin edib

Siyasət Materials 2 İyul 2013 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Axundov/

Milli Məclis çərşənbə axşamı keçirilən növbədənkənar iclası zamanı Azərbaycan Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, o cümlədən beş Apellyasiya Məhkəməsinə 57 yeni hakim təyin edib.

Azərbaycan Ali Məhkəməsi hakimləri vəzifəsinə Kəmaləddin Bədəlov (Bakı Apellyasiya Məhkəməsinin hakimi), İlqar Bədəlov (Bakı Apellyasiya Məhkəməsinin hakimi), Əhməd Əhmədov (Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi), İlqar Hüseynov (Bakı Apellyasiya Məhkəməsinin hakimi), İlqar Xələfov (Bakı Apellyasiya Məhkəməsinin hakimi), Gündüzə Quluyeva (Bakı Apellyasiya Məhkəməsinin hakimi), Rahiba Nəbizadə (Gəncə Apellyasiya Məhkəməsinin hakimi), Əhməd Nurməmmədovun (Şirvan Apellyasiya Məhkəməsinin hakimi) namizədliklərini təsdiqləyib. Parlament, o cümlədən Sevda Hüseynova və Xəqani Məmmədovu Ali Məhkəmənin hakimləri vəzifəsinə yenidən seçib.

Parlament Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərini vəzifəsinə Fərman Abbasovu (NMR Babər rayon məhkəməsinin hakimi) təyin edib və NMR Ali Məhkəməsinin hakimləri Polad Həsənov və Sənan Qarayevin səlahiyyət müddətlərini uzadıb.

Bundan əlavə Milli Məclis Bakı Apellyasiya Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə bir sıra namizədlikləri təsdiq edib.

İclasda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, ölkənin məhkəmə korpusunda bu gün 86 vakant yer var: "Bu genişmiqyaslı təyinatlardan sonra ölkənin ən yüksək məhkəmə instansiyalarında praktiki olaraq boş yerlər qalmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti