...

Sərdar Cəlaloğlu: Çox narahatam ki, Milli Şura Azərbaycana diktator təqdim edir

Siyasət Materials 4 İyul 2013 10:44 (UTC +04:00)
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun öz tərəfdaşlarına qarşı işlətdiyi sərt ifadələr digər müxalifət partiyalarında narazılığa səbəb olub.
Sərdar Cəlaloğlu: Çox narahatam ki, Milli Şura Azərbaycana diktator təqdim edir

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun öz tərəfdaşlarına qarşı işlətdiyi sərt ifadələr digər müxalifət partiyalarında narazılığa səbəb olub.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, bu ifadələr Rüstəm İbrahimbəyovun içərisində demokratiya ilə bir araya sığmayan ruhun olduğunu göstərir: "Özünün tərəfdarının ağzının üstündən vurulmasını tələb edən, fərqli fikir dediyinə görə təxribatçı adlandıran bir adam sabah öz əlehdarlarına necə divan tutar?".

Cəlaloğlu hesab edir ki, burada söhbət yalnız müxalifətin vahid namizədini müəyyən etməkdən getmir, vahid nəmizədin həm də demokrat olmasından, bütün cəmiyyəti qucaqlamaq imkanına malik olmağından, ən azı tolerant olmağından, başqa fikrə, düşüncəyə hörmətlə yanaşmağından gedir: "Əgər özünün tərəfdarın haqqında "ağzından vurmaq lazımdır" deyirsənsə, sən necə demokrat ola bilərsən?! Mən Rüstəm İbrahimbəyovun o fikirlərindən çox narahat oldum ki, Milli Şura Azərbaycana diktator təqdim edir. Rüstəm İbrahimbəyovun bu ritorikası diktator ritorikasıdır".

Cəlaloğlu vurğulayıb ki, danışan adamın ağzının üstündən vurmağı yalnız diktator tələb edə bilər: "Namizədliyin dünən verilib, bu gün sən artıq caamatın ağzından vurmağı tələb edirsənsə, gör sabah sənin əlində hakimiyyət olsa, caamatın başına nə oyun açarsan. Rüstəm İbrahimbəyovun antidemokratik düçüncə tərzinə görə Milli Şuradan Azərbaycanı yaxşı surpriz gözləmədiyi qənaətinə gəlmişəm".

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın çərşənbə axşamı keçirilən iclasında bildirib ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi olmasının müsbət tərəfləri ilə yanaşı riskləri də var. Bunlardan biri də Rüstəm İbrahimbəyovun Azərbaycana dönməsidir. İsa Qəmbər Rüstəm İbrahimbəyovun özünün dediyi kimi iyulun axırında Azərbaycana dönəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti