...

Prezident İlham Əliyev Tovuz rayonuna səfərə gəlib

Siyasət Materials 5 İyul 2013 15:58 (UTC +04:00)
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlmişdir.
Prezident İlham Əliyev Tovuz rayonuna səfərə gəlib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti