...

Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Siyasət Materials 8 İyul 2013 11:43 (UTC +04:00)
Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı Alain Desteks müşayiət edir. Avropa Parlamentinin deputatlarının səfər çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər Nazirliyində, Sənaye və Energetika Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmaları nəzərdə tutulub.
Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/

Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend-in məlumatına görə, millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə iyulun 8-9-da Azərbaycanda olacaq nümayəndə heyətinə Mario David (Portuqaliya), xanım Rəşida Dati (Fransa), Filip Kaçmarek (Polşa), xanım Elena Antonesku (Rumıniya) və keçmiş deputat Jorge Morgado (Portuqaliya) daxildir.

Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı Alain Desteks müşayiət edir. Avropa Parlamentinin deputatlarının səfər çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər Nazirliyində, Sənaye və Energetika Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmaları nəzərdə tutulub.

Nümayəndə heyəti üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri gözlənilir.

Avropa Parlamentinin deputatlarının səfəri onların Azərbaycanın problemləri ilə yaxından tanış olmalarına və ölkəmizə davamlı siyasi dəstək vermələrinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti