...

Yaxın 6 ay ərzində Misirdə parlament seçkiləri keçirilə bilər

Siyasət Materials 9 İyul 2013 06:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Yaxın 6 ay ərzində Misirdə parlament seçkiləri keçirilə bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda dövlətin müvəqqəti rəhbəri Adli Mansurinin verdiyi qərarda deyilir.

Məlumata görə, sənəddə qeyd edilir ki, parlament seçkiləri referendumda konstitusiyaya ediləcək dəyişiklikdən sonra baş tutacaq.

Parlament seçkilərindən sonra Misirdə prezident seçkiləri keçiriləcək. Mansur konstitusiyaya dəyişikliyin edilməsi üçün 135 gün ayırıb.

Eyni zamanda, qeyri-rəsmi məlumatlara görə, Misirin baş naziri sabiq maliyyə idarəsinin rəisi Samir Radvan ola bilər. Lakin Radvan deyib ki, hələ ki, hökumətdən ona elə bir təklif gəlməyib.

Qeyd edək ki, bir müddət öncə MAQATE-nin sabiq rəhbəri Əl-Baradeyinin baş nazir təyin edilməsindən imtina edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti