...

Oruc Zalov: Polislərin prezident seçkiləri ilə əlaqədar qaydalara daha ciddi əməl etməsi üçün tədbirlər keçirilir

Siyasət Materials 30 İyul 2013 16:34 (UTC +04:00)
Azərbaycan MDB və Yaxın Şərq ölkələri arasında ən sabit və ən sakit ölkələrdən biridir. Bu gün 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan ən az cinayət baş verən ölkədir. Azərbaycanda hər 100 min nəfərə 232 cinayət hadisəsi qeydə alınıb.
Oruc Zalov: Polislərin prezident seçkiləri ilə əlaqədar qaydalara daha ciddi əməl etməsi üçün tədbirlər keçirilir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan MDB və Yaxın Şərq ölkələri arasında ən sabit və ən sakit ölkələrdən biridir. Bu gün 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan ən az cinayət baş verən ölkədir. Azərbaycanda hər 100 min nəfərə 232 cinayət hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Azərbaycan daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

DSK sədrləri qarşısında "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda çıxış edən Oruc Zalovun sözlərinə görə, əhalinin sayının 2 milyona yaxın artmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə 100 cinayət az baş verib: "Bu, hüquq-mühafizə orqanlarının sayının artırılması nəticəsində deyil, ümummili lider Heydər Əliyevin apardığı işin, hüquq-mühafizə orqanları qarşısında qoyduğu tələb və vəzifələrin, o cümlədən onlara göstərilən qayğının nəticəsidir".

Nazir müavini qeyd edib ki, Azərbaycanda DİN, onun yerli orqanları və digər hüquq-mühafizə orqanları ilə birgə aparılan səmərəli işin nəticəsidir ki, ölkədə insanlar tam sabit əhval-ruhiyyədə fəaliyyət göstərə bilirlər. Ölkədə elə bir ciddi sensasion cinayətlər, terror aktları baş verməyib. Aparılan profilaktik işlərin nəticəsində bir sira cinayətlərin qarşısı alınıb və ya onların üstü açılıb, cinayətlkarlar ifşa olunaraq məhkəmə qarşısında cavab veriblər: "Bu gün polis orqanları bu sabitliyin keşiyində cəsarətlə və peşəkarcasına durublar. Bu gün xarici qonaqlar Bakıda axşam saat 9-dan sonra mühafizə və narahatlıq olmadan gecə yarıyadək istirahət edirsə, onların hüquqları qorunursa, onları narahat edən hadisələr baş vermirsə, bu, fərəh doğuran bir haldır. Biz fəxr etməliyik ki, Bakıda və regionlarda 10 minlərlə xarici qonaq, turistlər rahat istirahət edə bilir və heç bir ciddi narahatedici hadisə baş vermir. Bu, hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində əldə edilib".

O, həmçinin bildirib ki, bu il prezident seçkiləri ilə bağlı polis orqanları üçün tədbirlər planı hazırlanıb: "Bu işə cəlb edilməyəcək əməkdaş olmayacaq. Polis əməkdaşlarının maarifləndirilməsi, qaydalara daha ciddi əməl etməsi üçün tədbirlər keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti