Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Ukraynadakı səfirliyi oktyabrda keçirilməsi nəzərdə tutulan prezident seçkisində səs vermək məqsədilə Ukraynada yaşayan Azərbaycan vətəndaşlarından konsulluq şöbəsində qeydiyyatdan keçmələrini xahiş edir.
Səfirlikdən Trend-ə daxil olan məlumata görə, qeydiyyata düşmək məqsədilə səfirliyin saytında yerləşdirilən qeydiyyat forması doldurulmalı və elektron poçt ünvanına göndərilməlidir.
Qeydiyyat formaları avqustun 9-dək Ukrayna vaxtı ilə saat 20:00-dək qəbul olunacaq.
Azərbaycan Prezidenti seçkilərində Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının iştirakına şərait yaratmaq məqsədilə Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasında seçki məntəqəsi təşkil ediləcək.