...

Zahid Oruc: Hər hansı partiya yaratmağım danışıq mövzusu deyil

Siyasət Materials 14 Avqust 2013 17:43 (UTC +04:00)
Hər hansı partiya yaratmağım danışıq mövzusu deyil.
Zahid Oruc: Hər hansı partiya yaratmağım danışıq mövzusu deyil

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/

Hər hansı partiya yaratmağım danışıq mövzusu deyil.

Bu barədə Trend-ə millət vəkili Zahid Oruc mətbuatda onun Ana Vətən Partiyasını tərk edərək yeni partiya yaratmaqla bağlı yayılan məlumatlara şərh verərkən deyib.

O vurğulayıb ki, seçki qərargahının yaradılması heç bir halda gələcək partiya quruculuğunun təməl daşları deyil: "Seçkilərdə iştirak, bunun üçün qanunvericilikdən irəli gələn tələblərin reallaşdırılması, Azərbaycan insanının düşüncəsinin gələcək zamanda seçki marafonunda dilə gətirilməsi əsas niyyətimdir".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın avqustun 13-də keçirilən iclasında Zahid Orucun öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi üçün seçki sənədlərini MSK-ya təqdim etdiyini bildirib.

Ana Vətən Partiyasındakı (AVP) daxili məsələlərə toxunan Z.Oruc qeyd edib ki, namizədliyinin irəli sürülməsi ilə əlaqədar AVP-dən çıxarılması ilə bağlı qərar verilməyib: "Söhbət yalnız 2 avqust tarixində keçirilən Ana Vətən Partiyasının qurultayında hamının səlahiyyətlərinin başa çatmasından gedir".

O, həmçinin vurğulayıb ki, partiya daxilində xüsusilə dərin münaqişələr mövcud deyil: "Seçki marafonu dövründə iki aylıq müddətə partiyada fəaliyyətimin dayandırılması mümkündür. Bu məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti