...

Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 17 Avqust 2013 12:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonuna səfərə gəlib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti