...

Mübariz Əhmədoğlu: Rusiya tarixini ermənilərin xeyrinə saxtalaşdıran ermənipərəst rus ekspertləri Qafqazda separatizmi qızışdırmaqla məşğuldurlar

Siyasət Materials 21 Avqust 2013 15:12 (UTC +04:00)
M.Kolerov, K.Zatulin, S.Markedonov və s.ermənipərəst rus ekspertlər Rusiya tarixini ermənilərin xeyrinə saxtalaşdırmaqla məşğuldurlar. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Rusiya tarixini ermənilərin xeyrinə saxtalaşdıran ermənipərəst rus ekspertləri Qafqazda separatizmi qızışdırmaqla məşğuldurlar

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir E.Mehdiyev/

M.Kolerov, K.Zatulin, S.Markedonov və s.ermənipərəst rus ekspertlər Rusiya tarixini ermənilərin xeyrinə saxtalaşdırmaqla məşğuldurlar. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistanın Rusiyada yaratdığı ekspertlər qrupu, o cümlədən adı çəkilən bu şəxslər fenomenal xüsusiyyətlərə malikdirlər: "Rusiya vətəndaşı olmalarına və milliyyətcə özlərini rus hesab etmələrinə baxmayaraq, onlar Rusiya tarixini, rus dilini və rus mədəniyyətini aşağılamaqdan çəkinmir, bu istiqamətdə aşkar şəkildə fəaliyyət göstərirlər. Ən azı, ermənilərin qarşısında bu belədir. Rusiyadakı ermənipərəst ekspertlərin heç biri Ermənistanda rus dili təhqir olunarkən buna qarşı etiraz bildirmədilər".

Əhmədoğlunun sözlərinə görə, ermənilərin hesabına rus-amerikan politoloqu olmuş S.Markedonov Ermənistanın SSRİ-dən ayrılması, 1991-ci ilin 17 mart referendumu və Dağlıq Qarabağ münaqişəsinin başlanması tarixini həqiqətdən tam uzaq şəkildə, ermənilərin maraqlarına uyğun şəkildə təqdim etmişdir.

Politoloq deyib ki, K.Zatulin və M.Kolerov Dağlıq Qarabağı əzəli, əbədi erməni torpağı hesab edirlər və Dağlıq Qarabağ ermənilərinin SSRİ-nin dağılması ilə nəticələnmiş "mübarizəsinə" haqq qazandırmışlar: "Bu bir faktdır ki, Dağlıq Qarabağdakı ermənilərin mənşəyi ilə Rostov vilayətinin Budyonovsk şəhərində ermənilərin mənşəyi arasında prinsipial fərq yoxdur. Fərq yalnız orasındadır ki, Dağlıq Qarabağakı ermənilərin hamısı İrandan köçürülüb. Budyonovskdakı ermənilərin bir qismi İrandan, digər qismi isə Türkiyədən (Osmanlı imperiyası) köçürülüb; Bu işlər çar Rusiyasının düşünülmüş siyasəti olub və çar Rusiyası bu siyasəti ilə fəxr edib".

Politoloqun fikrincə, o da bəllidir ki, ermənilərin İrandan köçürülməsi ilə hər hansı təsadüfi adam deyil, A.S.Qriboyedov kimi tanınmış şəxs məşğul olub.

Əhmədoğlu deyib ki, çar Rusiyasının İrana adi səfir statusunda göndərdiyi A.Qriboyedov İranda özünü "vəziri-muxtar" (səlahiyətli nazir) kimi aparıb: "İndi ermənipərəst Rusiya ekspertlərinin fikrincə, çar Rusiyası bu işlə məşğul olmayıb: ermənilər əvvəldən Dağlıq Qarabağda yaşayırmışlar. Qarabağ ermənilərinin danışığında türk-fars qarışıqlarının mahiyyəti onlar üçün maraqlı deyil".

Əhmədoğlu deyib ki, vaxtilə Kremldə yüksək vəzifə tutmuş M.Kolerov Dağlıq Qarabağı "ikinci erməni ocağı" adlandırdı. Ermənilərin Avropaya qaçması fonunda bu ocağın qorunmasını həyati vacib məsələ adlandırdı. Ermənilərin Avropaya qaçmasının siyasi fonunun yaranmasında ən çox rolu olan şəxslərdən biri məhz M.Kolerovdur: "M.Kolerov "ikinci erməni ocağı" adlandırdığı Dağlıq Qarabağı da əlində saxlaya bilməyəcək. Ona görə öz evindəki erməni ocağının qayğısına qalması daha yaxşı olardı. Məsləhət bilərdik ki, M.Manuçaryanın familiyasını Manuçarova dəyişməsinə imkan verməsin. Çünki əksərən "-yan" sonluğunu "-ov"a dəyişəndə rus xalqına daha baha başa gəlir. Kolerovun ermənilərə canıyananlığı onun erməni ocağında yanmağa hazır olduğunu göstərir".

Əhmədoğlu deyib ki, Azərbaycanın atdığı addımlar ləzgi və erməni separatizminin birgə fəaliyyətinin üstünü açdı: "Vladimir Putinin səfəri ərəfəsində Azərbaycana təxribat məqsədilə gələn Federal Ləzgi Milli Komitəsinin təmsilçiləri həbs edildilər. Onların həbsi bu strukturun rəhbəri, uzun müddət ermənilərin əlində Azərbaycana qarşı alət kimi istifadə olunan Arif Kərimovun fiziki iştirakına zərurət yaratdı. Bu zaman A.Kərimovun vətənində olmadığı, Avropada olduğu bəlli oldu. A.Kərimovun Avropada qapalı tədbirlərdə iştirakı onun fəaliyyətinin xoşniyyətli olmadığından xəbər verir. Əks təqdirdə onun Avropaya səfəri və görüşdüyü təşkilatlar barədə məlumatlar yayılardı. Rusiyaya sevgisindən ağız dolusu danışan A.Kərimov və onun rəhbərlik etdiyi təşkilatın Aİ ilə Rusiya arasında münsibətlərin gərgin dövründə Avropada qapalı tədbirlər keçirməsini ləzgi separatçılarının gördüyü işin həm də Rusiyaya ziyanlı olduğunu göstərir".

Politoloq deyib ki, çeçen separatizminin Qərb tərəfdən dəstəklənməsinin bünövrəsini də ermənilər qoymuşdu. Bu proses son illərədək davam edib.

Əhmədoğlunun sözlərinə görə, Serj Sərkisyan ölkəsinin Avropanın "Şərq Tərəfdaşlığı" proqramına qoşulduqdan sonra, həm Avropada, həm də Ermənistanda keçirdiyi görüşlərdə həmişə Şimali Qafqazdakı vəziyyəti müzakirə edib: "Ermənistanın coğrafi və etnik baxımdan Şimali Qafqaza heç bir bağlılığı yoxdur. Ermənilər artıq ləzgi separatizmini yaymaq üçün beynəlxalq struktur da yaradıblar. A.Kərimovun Avropaya qapalı səfərinin ermənilər tərəfindən təşkilinin Suriya hadisələrinin indiki mərhələsi ilə üst-üstə düşməsi də diqqətdən kənarda qalmamalıdır. Görünür, ləzgi separatizmi ermənilərin əlində Suriya hadisələrini Şimali Qafqaza ötürən tramplin rolunu oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti