...

RF Baş nazirinin I müavini: Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı sənədlər mayda hazır olacaq

Siyasət Materials 9 Sentyabr 2013 16:11 (UTC +04:00)
Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı sənədlər 2014-cü ilin may ayına hazır olacaq.
RF Baş nazirinin I müavini: Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı sənədlər mayda hazır olacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı sənədlər 2014-cü ilin may ayına hazır olacaq. Elə həmin vaxt Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilənin bağlanması planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov bildirib.

Baş nazir Dmitri Medvedevin öz müavinləri ilə görüşü zamanı İ.Şuvalov deyib: "Ekspertlər bildirirlər ki, biz eyni vaxtda Avrasiya İqtisadi İttifaqı haqqında saziş layihəsini formalaşdıraraq gələn ilin may ayına Gömrük İttifaqına daxil olan ölkələrlə inteqrasiyanın birinci səviyyəsinin əsas müddəalarını razılaşdıra bilərik".

O, həmçinin xatırladıb ki, Ermənistanla yanaşı, Qırğızıstan da Gömrük İttifaqına daxil olmaq üçün ərizə verib.

İ.Şuvalov əlavə edib: "Biz Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sazişi gələn ilin may ayına hazırlamaq üçün lazımi işlər görürük və bu ittifaqın 2015-ci il yanvar ayının 1-dən fəaliyyətə başlaması üçün kompleks tədbirlər həyata keçiririk".

Qeyd edək ki, ötən həftə Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan arasında danışıqların yekunları üzrə sonuncu Ermənistanın Gömrük İttifaqına daxil olmaq və gələcəkdə Avrasiya İqtisadi İttifaqının formalaşdırılmasında iştirak etmək niyyəti barədə bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti