...

Braziliya və Azərbaycan arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Siyasət Materials 12 Sentyabr 2013 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və San Paolo şəhərinin meri Fernado Haddad iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yaradılmasını müzakirə ediblər.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə səfir Elnur Sultanov Fernando Haddada Azərbaycan-Braziliya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, həmçinin Azərbaycanın xarici və daxili siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib.

San Paolo ştatının qubernatorunun beynəlxalq məsələlər üzrə müşaviri Rodriqo Tavareslə keçirilmiş görüş zamanı San Paolo ştatı və Azərbaycan arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə təmasların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

San Paolo ştatının Sənaye Federasiyasının rəhbərliyi ilə keçirilmiş görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin təşviq edilməsi, biznes imkanları barədə məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə edilib. Səfir Elnur Sultanov Azərbaycanın surətli iqtisadi inkişafı, ölkə iqtisadiyyatının uğurlu diversifikasiyası, xarici investorlar üçün yaradılmış cəlbedici biznes mühiti barədə ətraflı məlumat verib. Federasiya tərəfindən San Paolo ştatının iqtisadi inkişafına dair təqdimat həyata keçirilib.

4 sentyabrdan San Paolo şəhərində başlamış Azərbaycan bədii filmlərin nümayişi çərçivəsində səfir Elnur Sultanov Braziliyalı tamaşaçılarla keçirdiyi görüşdə Azərbaycanın qədim və zəngin mədəniyyəti, o cümlədən milli kinonun tarixi və müasir inkişafı barədə məlumat verib və tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Keçirilmiş bütün görüş və tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafına dair müxtəlif nəşr və materiallar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti