...

Azərbaycanın Misirdəki səfirliyi tezliklə öz fəaliyyətini əvvəlki rejimdə bərpa edəcək

Siyasət Materials 13 Sentyabr 2013 13:25 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi tezliklə öz fəaliyyətini əvvəlki rejimdə bərpa edəcək.
Azərbaycanın Misirdəki səfirliyi tezliklə öz fəaliyyətini əvvəlki rejimdə bərpa edəcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Misirdəki səfirliyi tezliklə öz fəaliyyətini əvvəlki rejimdə bərpa edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Avqustun sonlarında Misirdə vəziyyətin gərginləşməsindən sonra səfirliyin əməkdaşları və onların ailə üzviləri ölkədən çıxarılıb. Hazırda səfirlik qeyri-tam tərkibdə işləyir, yəni onun bu ölkədə fəaliyyəti səfir və bir diplomat tərəfindən həyata keçirilir".

Abdullayevin sözlərinə görə, Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə vəziyyət gərginləşəndən sonra Livana köçüb və ölkənin diplomatik nümayəndəliyinin həmçinin akkreditə olunduğu Beyrutda qalmaqda davam edir.

Abdullayev əlavə edib: "Azərbaycanın Suriya məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, BMT Baş Assambleyası çərçivəsində müzakirələr davam edir. Rəsmi Bakı orada kimyəvi silahın tətbiq olunmasına qarşı çıxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti