...

Böyük Britaniyadan olan deputat: Qərb Azərbaycana minnətdar olmalıdır

Siyasət Materials 20 Sentyabr 2013 15:27 (UTC +04:00)
Əfqanıstandakı İSAF qüvvələrinin tərkibində xidmət edən Azərbaycan hərbçilərinə və NATO qoşunlarının mütəmadi dəstəklənməsində Qərb Azərbaycana minnətdarlıq etməlidir.
Böyük Britaniyadan olan deputat: Qərb Azərbaycana minnətdar olmalıdır

Azərbaycan, Bakı, 20 sentyabr / Trend, müxbir S.Əhmədova /

Əfqanıstandakı İSAF qüvvələrinin tərkibində xidmət edən Azərbaycan hərbçilərinə və NATO qoşunlarının mütəmadi dəstəklənməsində Qərb Azərbaycana minnətdarlıq etməlidir. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Avropa Şurasındakı deputatı, Mühafizəkarlar Partiyasının üzvü, şurada Uels Məsələləri üzrə Komitənin sədri Devid Deyvis Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycanın terrorizimlə mübarizəyə qarşı beynəlxalq koalisiyada iştirakına dair suallarını cavablandırarkən bildirib.

Məlumatda qeyd edilib ki, son illər ərzində Azərbaycan Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda fəal iştirak edib.

Məlumatda bildirilir: "Hazırda İSAF missiyasının təchizatının 40 faizi Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşınır. Gələn il NATO öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmağa başlayanda "hava körpüsü" məsələsi daha da aktuallaşacaq. Böyük ehtimalla, ağır texnika da Azərbaycan ərazisindən keçəcək. Qazaxıstan vasitəsilə daşınan yük sonradan Xəzər dənizi vasitəsilə göndəriləcək. Həmin yükün NATO-nun Türkiyədəki bazasına çatdırılması isə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə təmin olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti