Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə qəbul edilən demokratikləşdirmə üzrə zərf ölkəyə olan inamı artıracaq. Trend-in Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə yalnız öz hərbi və iqtisadi gücünə görə deyil, həm də insan hüquqları sahəsində nailiyyətlərinə görə məşhurluq qazanacaq.
Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə demokratikləşdirmə üzrə zərf elan edilib.