Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/
Beynəlxalq müşahidəçilər 6 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 9 oktyabr - Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla bağlı oktyabrın 8-də beynəlxalq müşahidəçilər - Kjell Anders Levin, Ballarin Cereza Laura və Pərvin Oğlanova seçkilərə hazırlıq işlərinin vəziyyətinin öyrənilməsi üçün 6 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər. Onlar müəssisədə yaradılmış 24 saylı Nizami II seçki dairəsinin 31-ci seçki məntəqəsi ilə tanış olublar.