...

Riçard Morniqstar Bakıdakı seçki məntəqələrinin birində səsvermənin gedişatını müşahidə edib (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 08:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Əliyev/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar Bakıdakı seçki məntəqələrinin birində prezident seçkisini müşahidə edib.

Trend-in məlumatına görə, Morniqstar səfirliyin əməkdaşları ilə 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı məntəqəsində səsvermə prosesini izləyib.

Səfir məntəqədə beynəlxalq və yerli müşahidəçilərə, siyasi partiyaların nümayəndələrinə yaradılan şəraitlə tanış olub.

Morniqstar məntəqəyə gələn ilk seçicilərin öz vətəndaş mövqeyini necə yerinə yetirməsini izləyib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti