...

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 12 Oktyabr 2013 18:36 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar".

Dövlət başçısı qeyd edib ki, hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir:

"Əziz bacı və qardaşlarım! Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti