...

Dünya ölkələrinin dövlət başçıları və tanınmış ictimai, siyasi xadimlər İlham Əliyevi təbrik edirlər

Siyasət Materials 15 Oktyabr 2013 15:56 (UTC +04:00)
Dünya ölkələrinin dövlət başçıları və tanınmış ictimai, siyasi xadimlərdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.
Dünya ölkələrinin dövlət başçıları və tanınmış ictimai, siyasi xadimlər İlham Əliyevi təbrik edirlər


Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Dünya ölkələrinin dövlət başçıları və tanınmış ictimai, siyasi xadimlərdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycanın dövlət başçısını təbrik edib:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan təbrik etməyi, Azərbaycan Respublikasının dost xalqına çiçəklənmə, şəxsən Sizə xoşbəxtlik arzulamağı özümə şərəf bilirəm.
Biz səmimi qəlbdən inanırıq ki, xalqlarımızın dostluğu və qarşılıqlı əlaqələri dünyada sülh və konstruktiv əməkdaşlıq naminə hər iki tərəfin mənafeyi baxımından inkişaf etməyə davam edəcəkdir.
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayır, Azərbaycan Respublikasının xalqına isə daim tərəqqi, sülh və sabitlik diləyirəm".

xxx

Çeçen Respublikasının başçısı Ramzan Kadırovdan:
"Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan Respublikasının inkişaf etdirilməsi istiqamətində gördüyünüz möhtəşəm işlərin və xalqın Sizə olan etimadının əyani təsdiqidir. Azərbaycan xalqı sosial və iqtisadi problemlərinin həllinə olan ümidlərini bu qələbə ilə bağlayır.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti Sizə xalqın rifahının yüksəlməsinə yönəlmiş genişmiqyaslı inkişaf xəttini inamla və qətiyyətlə həyata keçirməyə qadir olan lider kimi inanır.
Bütün təşəbbüslərinizdə Sizə səmimi qəlbdən böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".

xxx

Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsovadan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.

Demokratiyanın və beynəlxalq hüququn bütün normaları çərçivəsində keçirilmiş seçkilər ölkə vətəndaşlarının gözündə Sizin möhkəm nüfuzunuzu, yeritdiyiniz uğurlu daxili və xarici siyasətin təntənəsini, respublikanın həyatında xüsusi rolunuzu - əsl dövlət xadimi, müasir milli lider rolunuzu bir daha nümayiş etdirmişdir.
Sizə, ailənizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq, sülh və çiçəklənmə, xalqlarımız və dövlətlərimiz arasında tərəqqi və dostluq yolunda yeni uğurlar arzulayıram".

xxx

Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Roberto Mario Mouillerondan:

"Azərbaycanda keçirilmiş növbəti prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Argentina parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri olaraq mənə ölkələrimiz arasında münasibətlərin əsasının qoyulmasında iştirak etmək şərəfi nəsib olmuşdur. Yaxından tanıdığım dost ölkənizdə keçirilmiş şəffaf seçkilərin nəticələrini alqışlayıram. Bu seçkilərin nəticələrinin bir daha təsdiq etdiyi kimi, Sizin sürətli inkişafı təmin edən siyasətiniz xalqınızın rəğbətini qazanmaqla yanaşı, coğrafi cəhətdən uzaq məsafədə yerləşən və Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək istəyən Argentina arasında ən uğurlu vasitə olmuşdur.
Azərbaycana səfərlərim zamanı ölkənizdə böyük inkişafın şahidi olmuşam. Əminəm ki, bu inkişaf prezidentliyinizin növbəti mərhələsində də uğurla davam edəcək, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəkdir.
Cənab Prezident, qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyirəm".

xxx

Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozikdən:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Səsvermənin nəticələri ölkənin hərtərəfli inkişafına Sizin çox böyük şəxsi töhfənizi yüksək qiymətləndirən Azərbaycan xalqı tərəfindən Zati-alinizə böyük etimad göstərilməsini əyani surətdə təsdiqləyir. İnsanlar Sizin yürütdüyünüz siyasəti tam dəstəklədiklərini bildirərək öz ailələrinin firavanlığına və sabitliyinə, Azərbaycanın müasirləşməsinə və modernləşməsinə səs vermişlər. Ürəkdən inanıram ki, Siz Azərbaycan Prezidenti kimi yüksək vəzifədə bundan sonra da Belarus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsinə və genişlənməsinə şərait yaradacaqsınız".

xxx

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budzadan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyası və Moldova həmkarlar ittifaqının 450 minlik üzvü adından səmimi təbrikləri bu son dərəcə məsul vəzifədə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, sülh, firavanlıq arzuları ilə birlikdə qəbul edin.

Sizin on il ali dövləti vəzifədə işləməyiniz artıq həm öz həyatınızın, həm də ölkənizin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Sizin müdrik qərarlarınız sayəsində Azərbaycanın müasir simasını formalaşdıran bir sıra çox əhəmiyyətli dəyişikliklər həyata keçirilmişdir.

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının uzun illər ərzində sıx əməkdaşlıq etdiyi Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə həssas münasibətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istərdim.

Biz dərindən əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası daha da inkişaf edəcək və onun vətəndaşlarının rifahı bundan sonra da yüksələcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti