...

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Oktyabr 2013 18:52 (UTC +04:00)
Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviç Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviç Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Bu xoş fürsətdən istifadə edərək Slovakiya Respublikasının ölkələrimiz arasında qarşılıqlı marağa, o cümlədən iqtisadi-ticari sahələrdə faydaya söykənən əməkdaşlığı davam etdirməyə maraq göstərdiyini təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə cansağlığı, ölkənizin və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

XXX

bp şirkətinin icraçı direktoru Robert Dadlidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bp şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Biz bp şirkəti olaraq Azərbaycan iqtisadiyyatının əsas sahəsinin - neft-qaz sektorunun inkişafını dəstəkləmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər tərəfdaşlarımızla birgə çalışmaqdan məmnunluq duyuruq.

Mən şəxsən Sizin müdrikliyinizi, zəkanızı və dəstəyinizi yüksək qiymətləndirir, bu ayın sonunda bir daha Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm".

XXX

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanovdan:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbə Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini, dövlətin və cəmiyyətin davamlı inkişafının, habelə dünya birliyində ölkənin layiqli yerinin təmin edilməsində yüksək xidmətlərinizin etiraf olunmasını bir daha nümayiş etdirdi.

Siz haqlı olaraq həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin ən parlaq simalarından birisiniz, regionun ən mühüm problemlərinin həllində Sizin fikriniz və mövqeyiniz dəfələrlə həlledici rol oynamışdır.

Biz dağıstanlılar Sizin qələbə sevincinizə şərik çıxır, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycana sabitlik və firavanlıq arzulayırıq".

XXX

Fransanın Ron-Alp regionunun Drom vilayətinin senatoru, Ron-Alp regionunun turizm bölməsinin prezidenti, Drom vilayətinin enerji məsələləri üzrə birliyinin prezidenti Senator Jan Bessondan:

"Biz Sizin ölkənizdə keçirilən prezident seçkilərini çox diqqətlə izlədik. Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizdən çox şad olduq.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı və parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Fransanın Ron-Alp regionunun turizm bölməsinin prezidenti kimi bir daha təsdiq etmək istərdim ki, son aylar ərzində dağ turizmi sahəsində Sizin ölkə ilə bizim region arasında başladığımız əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq.

Cənab Prezident, əminəm ki, ikitərəfli əməkdaşlığımız davam və inkişaf edəcəkdir. Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

XXX

Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının Sizin siyasətinizə və rəhbərliyinizə olan inamının göstəricisidir.

Hindistan ilə Azərbaycan arasında möhkəm tarixi və mədəni əlaqələrə söykənən dostluq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələri gücləndirmək, ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün birgə səylərimizi davam edəcəyik.

Dost Azərbaycan xalqının rifahı və çiçəklənməsi üçün bütün səylərinizdə Sizə uğurlar arzu edirəm.

Hörmətli Prezident, ən dərin ehtiramımı qəbul edin".

XXX

Avropa Parlamentinin deputatı, Paris şəhərinin 7-ci rayonunun meri, sabiq nazir Rəşidə Datidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu seçkilərin nəticəsi ölkəniz üçün gördüyünüz böyük işlərə, o cümlədən, işsizliyə qarşı apardığınız uğurlu mübarizəyə, habelə təqaüdlərin və sosial yardımların artırılmasına, təhsilə və səhiyyəyə yönəldilən sərmayələrə və digər uğurlu sosial islahatlara, həmçinin mədəni irsinizin qorunmasında əldə etdiyiniz nailiyyətlərə görə ölkənizin əhalisi tərəfindən Sizin fəaliyyətinizin yüksək qiymətləndirilməsidir.

Artıq Azərbaycan dünyada özünü nüfuzlu bir ölkə kimi təsdiq edib. Azərbaycan dünyanın turizm və nüfuzlu mədəniyyət mərkəzlərindən birinə çevrilib. Ölkənizin beynəlxalq aləmdə nüfuzunun artmasında Azərbaycan Respublikasının birinci xanımı Zati-aliləri Mehriban Əliyevanın da mühüm rolunu vurğulamaq istərdim.

Sahibkarlığın dəstəklənməsi siyasətinizə, iqtisadi və maliyyə dinamikasına görə Sizin ölkəniz xarici sərmayələr üçün də çox cəlbedicidir.

Azərbaycan Mərkəzi Asiya regionu ölkələrinin iqtisadi lideridir. Azərbaycan əhalisinin rifahının daha da yaxşılaşdırılması üçün Sizin həyata keçirdiyiniz iqtisadi şaxələndirmə, sərmayələrin kənd təsərrüfatı və nəqliyyat kimi mühüm sektorlara yönəldilməsi siyasətiniz çox vacib məsələlərdən biridir.

Azərbaycan Fransanın və Avropa İttifaqının mühüm strateji tərəfdaşıdır.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

XXX

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrelldən:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bp-Azərbaycan şirkətinin rəhbərliyi və işçi heyəti adından Sizə ən xoş arzularımı çatdırım.

Cənab Prezident, bp-Azərbaycan şirkəti olaraq Sizə Azərbaycan xalqının rifahının daha da yüksəlməsi və ölkə iqtisadiyyatının sürətli inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Fürsətdən istifadə edərək şirkətimizin bu regiondakı fəaliyyətinə daim dəstək verdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirəm ki, bp şirkəti Azərbaycanda neft və qaz sənayesinin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.

Zati-aliləri, bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

XXX

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kravendən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Paralimpiya Komitəsinin adından təbrik etmək istərdim.

Əminik ki, Fəxri Paralimpiya mükafatçısı kimi Sizin Azərbaycan Milli Paralimpiya Komitəsinə və idmançılara verdiyiniz dəstək bundan sonra da davam edəcəkdir.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyir, ən xoş arzularımı çatdırıram".

XXX

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə Sizin inamlı qələbəniz ölkənin sosial-iqtisadi rifahının möhkəmlənməsi və onun beynəlxalq aləmdə nüfuzunun artması işində xidmətlərinizin Azərbaycan xalqı tərəfindən bəyənildiyini əyani surətdə təsdiq edir.

Həyatın bütün sahələrində Azərbaycanın uğurları şəksizdir. Respublika beynəlxalq humanitar əməkdaşlıq sahəsində getdikcə daha böyük və nəzərəçarpacaq rol oynamaqla bərabər, özünəməxsus milli dəyərləri qoruyub saxlayır. Himayədarlıq etdiyiniz Bakı Humanitar Forumunun dünyanın hər yerindən qabaqcıl elm və mədəniyyət xadimlərinin qarşılıqlı əlaqə saxladıqları məkan kimi artmaqda olan əhəmiyyətini vurğulamaq xüsusilə xoşdur.

İcazə verin, Sizə ən xoş arzularımı, vətəndaşlarınızın rifahı, habelə Azərbaycanın inkişafı və möhkəmlənməsi naminə ali dövləti vəzifənizdə yeni uğurlar dilədiyimi bildirim".

XXX

Moskva Dövlət Linqvistika Universitetinin rektoru İrina Xaleyevadan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin növbəti dəfə bu ali vəzifəyə seçilməyiniz qazandığınız yüksək nüfuzun Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin təsdiqidir. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz bundan sonra da Azərbaycan Respublikasında sabitliyə və iqtisadi inkişafa şərait yaradacaqdır.

Moskva Dövlət Linqvistika Universitetinin kollektivi Sizi Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirir. Təhsil sahəsində humanitar əməkdaşlığa çox cəhətdən Sizin səyləriniz sayəsində yeni ruh gəlmişdir. Bunun nəticəsində Azərbaycan ali məktəbləri ilə sıx və səmərəli əlaqələr yaranmışdır.

Ümid edirik ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mədəniyyətləri və konfessiyaları arasında yaranmış konstruktiv dialoq ikitərəfli ali məktəblərarası qarşılıqlı əlaqələrin dərinləşməsinə və genişlənməsinə çox kömək edəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə yeni zəfərlər arzulayırıq".

XXX

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Namdan:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Əminəm ki, Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri iki ölkənin xalqlarının arzularına uyğun olaraq bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Fürsətdən istifadə edib ölkənizin firavanlığı və xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram".

XXX

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Andrey Kondakovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) adından təbrik etməkdən qürur duyuram.

Azərbaycan 1999-cu ildən QDTİB-in ilk əməliyyatlarından etibarən bankın strategiyasının hazırlanması və əməli fəaliyyətinin həyata keçirilməsində fəal iştirak edən dəyərli səhmdar olmuşdur. 2007-ci ildə hökumətinizin QDİTB-dəki kapitalını 2 faizdən 5 faizə qaldırması barədə qərarı Azərbaycanın banka və onun regionun inkişafındakı roluna olan inamını əks etdirir. Sizi əmin edirəm ki, QDİTB regionun ən sürətlə tərəqqi edən iqtisadiyyatına malik Azərbaycanın inkişaf proqramını dəstəkləməyə davam edəcəkdir".

XXX

Serbiyanın müftisi Muhamed Yusufspahiçdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və parlaq qələbə qazanmağınız münasibətilə Sizi təbrik etmək çox xoşdur. Azərbaycan xalqı bununla uğurlu gələcəyin və inkişafın ən yaxşı yolunu seçmişdir.

Biz Allaha ölkənizin davamlı inkişafı və daha yüksək nailiyyətlər qazanması üçün Sizə güc verməsini dua edirik.

Fürsətdən istifadə edərək Belqradda məscidin yenidən bərpası üçün göstərdiyiniz diqqətə görə Sizə bir daha təşəkkür edirik.

Bu xeyirxah əməllərinizə görə Allah-Taala Sizə ən gözəl fəzilətləri nəsib etsin".

XXX

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının - ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycridən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük qürur hissi duyuram, sədaqətli xalqınıza daha yaxşı xidmət etmək, ölkənizi tərəqqiyə və çiçəklənməyə aparmaq səylərinizdə Sizə uğurlar arzu edirəm.

Seçkilərdə inamlı qələbəniz və yenidən Sizə göstərilən böyük etimad bir lider kimi sanballı uğurlarınızın parlaq təsdiqidir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

XXX

Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyondan: "Hörmətli cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Birinci turdan seçicilərin böyük əksəriyyətinin səsini toplamaqla qazandığınız qələbə xalqın Sizə inamının əyani göstəricisidir.

Əminəm ki, Sizin müdrik siyasi təcrübəniz ölkənizdə aparılan islahatların yeni mərhələsində də uğurlu olacaqdır.

Azərbaycan öz tarixində ilk dəfə 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəkdir. Bu, bütün Avropa qitəsində təşkilatımızın standartlarına və dəyərlərinə hörməti möhkəmləndirmək, eləcə də gələcəkdə ölkənizdə bütün islahatların həyata keçirilməsinə təkan vermək üçün əlverişli imkandır.

Əminəm ki, Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz təşkilatımızın və dəyərlərimizin möhkəmlənməsi işinə töhfə verəcəkdir. Avropa Şurası və onun Parlament Assambleyası öhdəliklərin və vəzifələrin həyata keçirilməsində Azərbaycanı tam dəstəkləyir. Əminəm ki, yaxın gələcəkdə biz daha sanballı nəticələrin şahidi olacağıq. Ənənəmizə uyğun olaraq 2014-cü ilin sessiyalarından birində Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Assambleyamıza müraciət etmək üçün Strasburqa səfərinizi səbirsizliklə gözləyirik.

Sizə ali dövləti vəzifənizdə böyük uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti