Azərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırır

Azərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Avronest PA-nın vitse-prezidenti, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT sədri Leonid Kojaraya, Avropa Şurasının prezidenti Jan Klod Minyona, ATƏT PA prezidenti Ranko Krivokapiçə, AvroNest PA həmprezidentləri Y. Kirilova, B. Tarasyuka, Prezidentlər Konfransının üzvlərinə və Avropa Parlamentinin bütün üzvlərinə müraciət ünvanlayıb.

Elxan Süleymanovun Trend-ə daxil olan müraciətində qeyd olunur ki, hələ bu il iyul ayının əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmamasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlmişdir. O zaman hətta mən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizin bu addımınızı Azərbaycanda problemlərin olmaması kimi qiymətləndirmişdim. Çünki adətən beynəlxalq təşkilatlar seçkilərdə müşahidə missiyalarını problemlərin çox olduğu ölkələrə göndərirlər. Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlmişdir.

Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlamış və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərmişdir. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişmiş və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar vermişdir. Bundan sonra Yaşıllar Partiyası istisna olmaqla Avropa Parlamentində fəaliyyət göstərən bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşmışdır".

E.Süleymanov bildirib: "Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinmiş və seçkilərin nəticələrini gözləmişdir. Seçkilərin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı Prezident seçkilərini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının seçkiləri qiymətləndirmə bəyanatından sitat gətirirəm: "Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçkilər azad, şəffaf, ədalətli və demoktariyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir".

Görünür ki, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənmiş və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkilərin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil etmişdir. Görünür, Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT Sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unutmuşdur və bəlkə də elə bunlardan da qəzəblənmişdir. Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün - Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlamenti deputatlarından formalaşmış İnsan Haqqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır".

BMüraciətdə daha sonra deyilir:" ATƏT/DTHİB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi vardır - özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaqdır.

Bu gün Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycanın təkidli tələblərindən sonra 23 ildən artıq dövr ərzində işğal olunmuş torpaqlarımız haqqında icra olunmayan və Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən qətnamələrlə beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldadır. Avropa Parlamentinin prezidenti Martin Şults mənə yazdığı cavab məktubunda deyir: "Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir". Bu, absurddur.

Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür ki, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olmuşlar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-ya söykənərək böhtanlar atmaq sizlərin "sovet diktaturası" adlandırdığınız rejimdə belə olmamışdır. Bizdə belə bir xalq məsəli var: "Özünə nüfuz etməyən, başqasına nüfuz edə bilməz"".

Müraciətin sonunda deyilir ki, bütün yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib
Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib
Əlindəki fənər bu uşağı Xocalıda qurban olmaqdan xilas edib (VİDEO)
Əlindəki fənər bu uşağı Xocalıda qurban olmaqdan xilas edib (VİDEO)
Loading Bars
Xəbər lenti
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər (FOTO/VİDEO)
Sabah rayonlara qar yağacaq
“AccessBank” tender elan edir
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Gürcü tarixçi: Allah işğalçı erməniləri cəzalandırdı - Trend TV
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi - Deputat
Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib - Mütəxəssis
KOBİA sahibkarlıq subyektlərinin maliyyə bazarına çıxışını genişləndirib
Azərbaycan İran üçün çox önəmli ölkədir - Nazir müavini
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir - Deputat
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionist əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Floridada "Xocalıya ədalət" tələbi ilə aksiyalar keçirilib (FOTO)
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
“Rus ədəbiyyatı tarixi”nin birinci cildi işıq üzü görüb
"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO)
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir - Sevil Mikayılova
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət naziri Türkiyədə səfərdədir (FOTO)
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlanıb
Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısı bu il protezlərlə təmin olunacaq - Sahil Babayev
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
Azərbaycan daha gözəl gələcək qurmağa sadiqdir - Nazir
İstirahət günləri cinayət törədən 74 nəfər saxlanılıb
Ağdam rayonunun Güllücə kəndi (FOTO/VİDEO)
Bələdiyyə sədri qəbiristanlığa görə cərimələnib
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
Cəlilabadda narkotik alan şəxsin evindən silah-sursat aşkarlandı (FOTO)
Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
Bütün xəbərlər