...

2015-ci il MDB-də "Böyük Vətən müharibəsi veteranlarının ili" elan edilib

Siyasət Materials 25 Oktyabr 2013 17:59 (UTC +04:00)
MDB-də 2014-cü il "Turizm ili", 2015-ci il isə "1941-1945-ci illərin Böyük Vətən Müharibəsi veteranlarının ili" elan edilib. Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə qərar Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.
2015-ci il MDB-də "Böyük Vətən müharibəsi veteranlarının ili" elan edilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

MDB-də 2014-cü il "Turizm ili", 2015-ci il isə "1941-1945-ci illərin Böyük Vətən müharibəsi veteranlarının ili" elan edilib. Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə qərar Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.

Dövlət başçıları, həmçinin sovet xalqının 1945-ci ildə qazandığı Qələbənin 70 illiyi münasibətilə vahid yubiley mükafatı barədə qərarı təsdiq ediblər.

Gələn il MDB-də "Turizm ili"nin elan edilməsi məsələsinə toxunan Belarus Prezidenti A.Lukaşenko əminliyini bildirib ki, MDB ölkələrinin turizm potensialına əlavə diqqətin cəlb edilməsi Birliyin dünyada nüfuzunun möhkəmləndirilməsinə, eləcə də vətəndaşlar arasında təmasların genişləndirilməsinə yardım edəcək.

Dövlət başçılarının 2014-cü ildə "Birliyin mədəniyyət paytaxtı" dövlətlərarası proqramın həyata keçirilməsi haqqında qəbul etdikləri qərar MDB məkanında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. 2014-cü ildə həmin şəhərlər Almatı (Qazaxıstan) və Oş (Qırğızıstan) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti