...

Exit-poll GFK: Giorgi Marqvelaşvili birinci turda qalib gəlib

Siyasət Materials 27 Oktyabr 2013 20:18 (UTC +04:00)
Gürcüstanda keçirilən prezident seçkilərində GFK şirkətinin təşkil etdiyi exit-pollun nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili birinci turda qalib gəlib.
Exit-poll GFK: Giorgi Marqvelaşvili birinci turda qalib gəlib

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstanda keçirilən prezident seçkilərində GFK şirkətinin təşkil etdiyi exit-pollun nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili birinci turda qalib gəlib.

Trend-in məlumatına görə, GFK şirkətinin vitse-prezidenti Vadim Volos deyib ki, saat 18:00-a qədər səslərin 80 faizi sayılıb və Giorgi Marqvelaşvili 66.7 faizlə birinci yerdədir. Buna görə də, seçkilərdə ikinci tura ehtiyac qalmır.

Nəticələrə görə, ikinci yerdə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze - 20.2 faiz. 7.5 faizlə Nino Burcanadze üçüncü, 2.1 faizlə Şalva Natelaşvili dördüncü, 1.1 faizlə Giorgi Tarqamadze beşinci olub.

Yerdə qalan 1 faiz isə digər 18 namizəd arasında bölünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti