...

Səxavət Əlisoy: Müsavat ilə AXCP "Müsavat Partiyası" adı altında birləşəcəklər və istefalar olacaq

Siyasət Materials 30 Oktyabr 2013 15:42 (UTC +04:00)
Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməkdən başqa çarəsi yoxdur. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib.
Səxavət Əlisoy: Müsavat ilə AXCP "Müsavat Partiyası" adı altında birləşəcəklər və istefalar olacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməkdən başqa çarəsi yoxdur. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib.

S.Əlisoy hesab edir ki, bu iki partiya gələcəkdə siyasi rəqabətdə uğur qazanmaq istəyirsə, mütləq birləşməlidir:

"Təbii ki, hər iki partiyada barmaqla sayılacaq funksionerlər birləşməyə əngəl olmağa çalışır. Ancaq məramı eyni olan partiyalar birləşməyə məhkumdur. Misal üçün, Türkiyədə Ana Vətən Partiyası və Doğru Yol Partiyası var idi və bunlar Türkiyənin siyasi həyatında öz çəkiləri olan partiyalar idi. Həmin partiyalar bəzi üzvlərinin müxtəlif ambisiyalarına görə birləşməyə nail ola bilmədilər və demək olar ki, bu gün Türkiyədə nə Doğru Yol Partiyası, nə də Ana Vətən Partiyası özünü göstərə bilir. Bu partiyalar Müsavat və AXCP kimi məramı bir-birinə yaxın partiyalar idi. Bu gün də Müsavat ilə AXCP-nin birləşməsi zəruridir, qaçılmazdır".

Onun fikrincə, Müsavat ilə AXCP məhz "Müsavat Partiyası" adı altında bu gün birləşməsə də, sabah birləşəcəklər.

S.Əlisoy Müsavat ilə AXCP birləşəcəyi halda, hər iki partiyadan istefaların olmasını istisna etmir: "İstənilən halda, istənilən bir partiyada struktur dəyişikliyində, partiya rəhbəri dəyişiləndə, birləşmə halında mütləq qopmalar baş verir. Əsas məsələ bu qopmaların nə qədər olmasıdır. Mən inanmıram ki, Müsavat və AXCP birləşməsindən əndişələnənlər qrupu çoxluq təşkil etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti