...

Azərbaycan və Çexiya siyasi dialoqu aktivləşdirməyi planlaşdırır

Siyasət Materials 13 Noyabr 2013 13:58 (UTC +04:00)
Gələn il üçün Çexiyadan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb. Bunu çərşənbə günü Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.
Azərbaycan və Çexiya siyasi dialoqu aktivləşdirməyi planlaşdırır

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir S.Ağayeva/

Gələn il üçün Çexiyadan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb. Bunu çərşənbə günü Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.

Onun sözlərinə görə, planda Çexiya parlamentinin, xüsusi ilə Yuxarı Palatanın nümayəndə heyətinin səfərləri, həmçinin ilin birinci yarısında xarici işlər nazirlikləri arasında məsləhətləşmələri davam etdirilməsi var.

T.Tağızadə qeyd edib ki, ikitərəfli və çoxtərəfli formatda siyasi əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək də planlaşdırılır: "Eyni zamanda gələn il yüksək səviyyədə qarşılıqlı səfərlərin davam edəcəyinə ümid etməyə əsas var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti