...

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb (FOTO)

Siyasət Materials 13 Noyabr 2013 22:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri noyabrın 13-də başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri noyabrın 13-də başa çatıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti