...

Sadiq Gözəlov: İran vətəndaşı Həsən Fərəcinin işgəncələrə məruz qalması barədə məlumatların heç bir əsası yoxdur

Siyasət Materials 20 Noyabr 2013 12:21 (UTC +04:00)
İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin Bakının Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Yerində guya işgəncələrə məruz qalması barədə bu ölkənin "Aran" agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə getmiş məlumatların heç bir əsası yoxdur.
Sadiq Gözəlov: İran vətəndaşı Həsən Fərəcinin işgəncələrə məruz qalması barədə məlumatların heç bir əsası yoxdur

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin Bakının Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Yerində guya işgəncələrə məruz qalması barədə bu ölkənin "Aran" agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə getmiş məlumatların heç bir əsası yoxdur. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.

S.Gözəlov bildirib ki, araşdırmalar zamanı Həsən Fərəci izahatında saxlanma şəraitindən, ona olan münasibətdən narazılığının olmadığını, burada saxlandığı müddətdə özünə qarşı hər hansı təzyiqin, işgəncənin, şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərin baş vermədiyini bildirib: "Onu da qeyd etməliyəm ki, məlumatda verilmiş və Həsən Fərəci olduğu iddia edilən fotoşəkil də qondarmadır, ona aid deyil və qəsdən oxucunu aldatmağa yönəlmiş cəhddir. Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu dezinformasiya yayılana qədər Həsən Fərəci ilə göruş üçün nə müdafiəçisi, nə də yaxınları tərəfindən polis orqanlarına heç bir müraciət daxil olmayıb. Belə bir müraciət olunarsa, mövcud təlimata uyğun olaraq onunla görüşlərin keçirilməsi təmin edilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti