...

İƏT-ə sədrlik Azərbaycandan İrana keçdi

Siyasət Materials 26 Noyabr 2013 11:38 (UTC +04:00)
qtisadi Əməkdaşlıq Təşkitlatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclasında 2014-cü il üçün bu quruma sədrlik Azərbaycadan İrana keçdi.
İƏT-ə sədrlik Azərbaycandan İrana keçdi

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclasında 2014-cü il üçün bu quruma sədrlik Azərbaycandan İrana keçdi. Trend-in məlumatına görə, bu brədə İRNA agentliyi məlumat verir.

İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclası bü gün səhər Tehranın Azadi hotelində öz işinə başlayıb.

Qeyd edək ki, noyabrın 24-25-də Tehranda İƏT Nazirlər Şurasının XXI iclasına hazırlıq məqsədi ilə üzv dövlətlərin nümayəndələrinin iclası keçirilib. İclasda təşkilatın Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsinin razılaşdırılması, nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-2013-cü illərdə görülən işlər, İƏT-in layihə və proqramlarının icra vəziyyətinin dəyərləndirilməsi və 2014-cü ilə dair iş proqramında əksini tapmış təkliflər müzakirə olunub. Həmçinin Nazirlər Şurasında qəbul edilməsi nəzərdə tutulan Kommunikenin mətni hazırlanıb.

İƏT Nazirlər Şurasının XXI iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti