...

ABŞ Dövlət Departamenti: Davudoğlunun Ermənistana səfəri region dövlətlərinin liderləri arasında dialoqa zəmin yarada bilər

Siyasət Materials 12 Dekabr 2013 10:02 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısında iştirakı region dövlətlərinin liderləri arasında dialoq üçün zəmin yarada bilər.
ABŞ Dövlət Departamenti: Davudoğlunun Ermənistana səfəri region dövlətlərinin liderləri arasında dialoqa zəmin yarada bilər

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısında iştirakı region dövlətlərinin liderləri arasında dialoq üçün zəmin yarada bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada belə deyilir.

Açıqlamada qeyd olunur ki, Davudoğlunun Yerevan səfəri Ermənistan və Türkiyə münasibətlərində də müsbət irəliləyişə səbəb ola bilər.

Qeyd edək ki, bu gün Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti