Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Ukrayna Ali Radasının sədri Vladimir Rıbak əmin edir ki, rəsmi Kiyev dekabrın 17-də Gömrük İttifaqı ilə bağlı heç bir saziş imzalamayacaq. Trend-in bazar ertəsi "Ukrinform"a istinadən verdiyi məlumata görə, V.Rıbak bunu brifinqdə deyib.
Sabah yüksək səviyyədə, eləcə də iki dövlətin komissiyalarının görüşünün keçiriləcəyini deyən spiker bildirib: "Fikrimcə, Gömrük İttifaqı məsələsi heç bir sazişə toxunmayacaq. Ümid edirəm ki, müxalifət rəhbərləri bunu görəcəklər və parlament işləyəcək".
Onun sözlərinə görə, Moskvada iqtisadi məsələlər üzrə ikitərəfli səmərəli saziş imzalanacaq.