...

Yanukoviç: Ukraynanın Gömrük İttifaqında iştirakı prosesi dayandırılmayıb

Siyasət Materials 19 Dekabr 2013 15:21 (UTC +04:00)
Ukrayna və Gömrük İttifaqının üzv ölkələri arasında danışıqlar dayandırılmayıb.
Yanukoviç: Ukraynanın Gömrük İttifaqında iştirakı prosesi dayandırılmayıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Ukrayna və Gömrük İttifaqının üzv ölkələri arasında danışıqlar dayandırılmayıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Viktor Yanukoviç yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu il Minskdə Ukraynanın imzaladığı protokol ölkəyə Gömrük İttifaqında müşahidəçi statusu verib: "Ukrayna əmtəə dövriyyəsi baxımından İttifaqın strateji tərəfdaşıdır. Ukrayna parlamenti 2003-cü ildə ölkənin Vahid İqtisadi Məkana daxil olmasını ratifikasiya edib. Lakin həmin vaxtdan İttifaq ölkələri xeyli yol qət etsələr də, Ukrayna ticari-iqtisadi sənədlərlə tanış ola bilməyib".

V.Yanukoviç qeyd edib ki, bu sənədlər araşdırıldıqdan sonra müvafiq qərar qəbul ediləcək: "Gömrük və Avrasiya ittifaqlarında müşahidəçi statusu Ukraynanın Aİ ilə assosiasiyasına mane olmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti