...

Angela Merkel də olimpiadaya qatılmayacaq

Siyasət Materials 22 Dekabr 2013 21:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına Almaniya Kansleri Angela Merkel də qatılmayacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Daha əvvəl Almaniya Prezidenti Yoahim Qaukun da olimpiadaya qatılmayacağı açıqlanmışdı.

Gələn ilin 7-23 fevral tarixlərində keçiriləcək dünya yarışmasında Almaniyanı daxili işlər naziri Tomas de Matsire təmsil edəcək.

Prezident və Kanslerin Rusiyaya getməməsinə səbəb kimi RF-dəki insan haqları vəziyyəti və eyni cinsli nikahlarla bağlı qadağalar göstərilir.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Fransua Ollandın da Soçiyə getməyəcəyi açıqlanmışdı.

Xəbər lenti

Xəbər lenti