Azərbaycan, Bakı, 24 dekabr /Trend/
Dekabrın 24-də Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə tibb məntəqəsinə baxdılar.
Sonra dövlətimizin başçısı və xanımı mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış oldular.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşdülər.
Prezident İlham Əliyev və xanımı Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak ediblər (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.