...

Azərbaycanın Fələstin xalqına yardımla bağlı layihələri müzakirə edilir

Siyasət Materials 28 Dekabr 2013 16:23 (UTC +04:00)
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndə heyəti iyunun 11-də Bakıda keçirilmiş "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə Strateji Sektor Planının maliyyələşdirilməsinə dair İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin donor konfransı" zamanı Azərbaycan tərəfindən götürülmüş yardım öhdəliklərinin yerinə yetirilməsi və həyata keçiriləcək layihələrin müəyyən edilməsi məqsədilə Ramallah və Qüds (Yerusəlim) şəhərlərinə səfər edib.
Azərbaycanın Fələstin xalqına yardımla bağlı layihələri müzakirə edilir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndə heyəti iyunun 11-də Bakıda keçirilmiş "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə Strateji Sektor Planının maliyyələşdirilməsinə dair İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin donor konfransı" zamanı Azərbaycan tərəfindən götürülmüş yardım öhdəliklərinin yerinə yetirilməsi və həyata keçiriləcək layihələrin müəyyən edilməsi məqsədilə Ramallah və Qüds (Yerusəlim) şəhərlərinə səfər edib.

AIDA-dan Trend-ə verilən məlumata görə, səfər zamanı sözügedən məsələ ilə bağlı Fələstinin dövlət qurumları və müvafiq beynəlxalq təşkilatların rəhbər işçiləri ilə görüşlər keçirilib.

Tərəflərin həyata keçiriləcək layihələrin razılaşdırılması üzrə danışıqları davam etdirməsinə dair razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti