Azərbaycan, Bakı, 1 yanvar /Trend/
İsrail mətbuatı 8 ildir komadan çıxa bilməyən sabiq Baş nazir Ariel Şaronun vəziyyətinin qəflətən pisləşdiyini bildirir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
10-cu kanalın məlumatına görə, 85 yaşlı pasiyentdə həyatı üçün təhlükəli sayılan kəskin böyrək çatışmazlığı aşkarlanıb.
Həkimlər və A.Şaronun qohumları KİV-in məlumatını şərh etmirlər.