...

Türkiyədə korrupsiyada ittiham olunan şəxslərin həbsinə sanksiya vermiş prokuror vəzifəsindən azad olunub

Siyasət Materials 8 Yanvar 2014 06:44 (UTC +04:00)
Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurası İstanbul Baş prokurorunun müavini Zəkəriyyə Özü vəzifəsindən azad edib.
Türkiyədə korrupsiyada ittiham olunan şəxslərin həbsinə sanksiya vermiş prokuror vəzifəsindən azad olunub

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurası İstanbul Baş prokurorunun müavini Zəkəriyyə Özü vəzifəsindən azad edib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Şura korrupsiya qalmaqalı ilə bağlı iddiaları araşdırarkən Z.Özün Bakırköy Baş prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Şuranın qərarında Z.Özün "İstanbuldakı əməliyyatla əlaqədar istintaq işini 6 ay öncə bitirməsinə baxmayaraq, iş üzrə materialları məhkəməyə təqdim etmədiyi, Dubayda bir tikinti şirkətinin dəvəti ilə istirahətdə olduğu" qeyd edilir.

Xatırladaq ki, Z.Öz korrupsiya qalmaqalında adı hallanan bir sıra tanınmış şəxslərin - iş adamları və nazir övladlarının həbs edilməsinə sanksiya vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti