...

Türkiyədə Suriya ilə qonşu ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir

Siyasət Materials 17 Yanvar 2014 13:23 (UTC +04:00)
Türkiyənin Şanlıurfa şəhərində Suriya ilə qonşu ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir.
Türkiyədə Suriya ilə qonşu ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Şanlıurfa şəhərində Suriya ilə qonşu ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir. Trend-in məlumatına görə, bu barədə cümə günü "TRT Haber" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, görüş zamanı Suriya böhranının nizamlanması yolları, eləcə də hərbi əməliyyatlar zamanı zərər çəkmiş suriyalılara humanitar yardım göstərilməsi məsələləri müzakirə olunur.

Görüşdə Türkiyənin və İraqın xarici işlər nazirləri Əhməd Davudoğlu və Hoşyar Zebari, İranın XİN rəhbərini müavini Hüseyn Əmir Abdullahi iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti