...

20 Yanvar faciəsi ilə əlaqədar Nyu Yorkda silsilə tədbirlər keçirilib

Siyasət Materials 22 Yanvar 2014 00:06 (UTC +04:00)
20 Yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar diaspor təşkilatlarımız yanvar ayının 18 və 19 tarixlərində ABŞ-ın Nyu York şəhərində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə bir sıra anım mərasimləri keçirmişlər.
20 Yanvar faciəsi ilə əlaqədar Nyu Yorkda silsilə tədbirlər keçirilib

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

20 Yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar diaspor təşkilatlarımız yanvar ayının 18 və 19 tarixlərində ABŞ-ın Nyu York şəhərində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə bir sıra anım mərasimləri keçirmişlər.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, 18 yanvar tarixində Nyu Yorkda "Azərbaycan Nyu York Assosiasiyası", yanvar ayının 19-da isə "Amerika-Azərbaycan Qadınlar Assosiasiyası"nın üzvləri "Əyyub Sultan Mədəniyyət Mərkəzi"ndə anım mərasimləri təşkil olunmuşdur.

Tədbirlərdə türk, yəhudi və ölkəmizin Nyu Yorkdakı diaspora təşkilatlarının nümayəndələri, ABŞ-da yaşayan azərbaycanlılar, BMT yanında Daimi Nümayəndəliyimizin və Vaşinqton şəhərindəki səfirliyimizin əməkdaşları və xarici qonaqlar iştirak etmişlər. İlk öncə 1990-cı ilin 19-20 yanvar tarixlərində şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmiş, Azərbaycanın himni səsləndirilmişdir.

Daha sonra, mərasimlərdə giriş nitqi ilə təşkilatların rəhbərləri Ercan Yerdələnli və Minəvvər Vahabova çıxış edərək, faciə gecəsi və bu hadisələrə səbəb olmuş günahkarlar barədə geniş məlumat vermiş, xüsusi hazırlnamış və qanlı hadisələri əks etdirən video materiallar iştirakçılara nümayiş etdirmişlər.

Tədbirlərin davamında, "Əyyub Sultan Mədəniyyət Mərkəzi"də fəaliyyət göstərən ruhani tərəfindən şəhidlərin xatirəsini yad etmək üçün "Quran"dan dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.

Eyni zamanda, faciə ilə əlaqədar cari ilin yanvar ayının 20-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən hazırlanmış press-reliz BMT-yə üzv olan dövlətlərin diplomatik missiyalarına göndərilmişdir.

Press-relizdə 1990-cı ilin yanvar ayının 20-də Sovet hakimiyyəti tərəfindən dinc əhaliyə qarşı tətbiq olunmuş güc Azərbaycanda qalxmış milli azadlıq hərəkatını dayandırmaq məqsədilə həyata keçirildiyi və nəticədə 130 nəfərin qətlə yetirildiyi və 700 nəfərin isə yaralandığı qeyd olunmuşdur.

Bundan başqa, mətndə 1990-cı ilin qanlı hadisələrini təşkil edən şəxslərin cəzasız qaldığı, Azərbaycanın bu fakt ilə bağlı narahatlıq ifadə etdiyi və əhaliyə qarşı törədilmiş cinayətkarların mühakimə olunmasında israrlı olduğu bildirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti